ADA Universiteti Qazax Mərkəzi “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramı üçün müraciətləri qəbul edir

ADA Universiteti Qazax Mərkəzi “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramı üçün müraciətləri qəbul edir

Rəsmi mənbə

Qazax Müəllimlər Seminariyası / ADA Universitetinin Qazax Mərkəzi 2026-2027-ci tədris ili üçün “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramına sənəd qəbulunu elan edir. Yerli və xarici professor-müəllim heyəti tərəfindən həyata keçiriləcək bu proqramda dərslər Azərbaycan və İngilis dillərində aparılacaq. Təlimlər əsasən ADA Universiteti Qazax Mərkəzində əyani, digər vaxtlar isə Blackboard platforması vasitəsilə onlayn formatda keçiriləcək. Proqramın əsas modulları arasında Akademik Məqsədlər üçün İngilis dili, Müasir Təlim və Tədrisin Əsasları, Sinif Otaqlarında Yaradıcılığın İnkişafı və Təhsil Layihələrinin Hazırlanması yer alır. Dərslər oktyabr ayından başlayaraq ayda iki həftəsonu əyani şəkildə təşkil olunacaq.

Proqramın xarici komponenti 5-6 həftə müddətində tamamilə əyani formatda və ingilis dilində keçiriləcək. Bu dövr ərzində iştirakçılar seminar və konfranslarda iştirak edəcək, müxtəlif təhsil ocaqlarına səfər edəcək, mədəniyyət mərkəzlərini ziyarət edəcək və həmin ölkənin qabaqcıl təhsil sistemi ilə yaxından tanış olacaqlar. Xarici komponentin keçiriləcəyi ölkə və detallar seçilən iştirakçılara daha sonra təqdim ediləcək. Proqramı uğurla tamamlayanlar sertifikatla təltif olunacaq.

Müraciət şərtləri: Bakı və Sumqayıt istisna olmaqla, Azərbaycanın digər şəhərlərində işləyən orta məktəb müəllim və direktorları iştirak edə bilər. Namizədlərin minimum 3 il pedaqoji təcrübəsi olmalı, MİQ və ya Sertifikasiya imtahanından ən azı 40 bal toplayıblar. İngilis dili bilikləri orta səviyyədə olmalı, əgər varsa, TOEFL 44-49, IELTS 5.0 və ya Duolingo 75 ballıq sertifikat təqdim edilməlidir. Seçim prosesi ilkin sənəd yoxlaması və ingilis dilində müsahibə əsasında aparılacaq. Xarici komponent üçün seçimdə yerli proqramdakı uğurlar və yekun imtahan nəticələri nəzərə alınacaq.

Sənədlər (şəxsiyyət vəsiqəsi surəti və ingilis dili sertifikatları) 05 sentyabr 2026-cı ilədək qəbul olunacaq. Onlayn ərizəni tam doldurmayan müraciətlərə baxılmayacaq. Ətraflı məlumat üçün bmm@ada.edu.az ünvanına müraciət edin.

Xəbərlər