ADAU tələbələri Qida Təhlükəsizliyi Agentliyində istehsalat təcrübəsi keçiblər

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) istehsalat təcrübəsi keçiblər.
Təcrübə çərçivəsində tələbələr ilkin istehsal müəssisələrində, o cümlədən istixanalarda aparılan monitorinqlərdə iştirak ediblər. Onlar monitorinqlər zamanı bitkiçilik məhsullarının ilkin istehsalı, istehsal sahələrində sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi və qida təhlükəsizliyi tələblərinə əməl olunması ilə bağlı həyata keçirilən tədbirlərlə tanış olublar.
Tələbələr qida təhlükəsizliyinin təmin edilməsi, ilkin istehsal mərhələsində yarana biləcək risklərin qiymətləndirilməsi və qarşısının alınması, monitorinqlərin aparılması qaydaları, eləcə də müvafiq tələblərin tətbiqi istiqamətində praktiki bilik və bacarıqlar əldə ediblər.