ADNSU Kitabxana İnformasiya Mərkəzi sertifikata layiq görülüb

21-27 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və SOCAR-ın əsas tərəfdaş olduğu XII Bakı Beynəlxalq Kitab sərgisi başa çatıb.
ADNSU-nun Kitabxana İnformasiya Mərkəzi sərgidə iştirak edərək universitetin professor-müəllim heyətinin, həmçinin Mərkəzin fondunda olan maraqlı eksponatları ziyarətçilərə təqdim edib, kitab və nəşriyyat sahəsində olan yeniliklərlə tanış olub, elmi və mədəni əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olan bu tədbirə öz tövhəsini verib.
Sərginin sonunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ADNSU Kitabxana İnformasiya Mərkəzi sərgidə fəal iştiraka görə sertifikata layiq görülüb.