ADNSU-nun Xarici Dillər Mərkəzi tələbələr üçün ödənişsiz IELTS hazırlıq kursu təşkil edir

ADNSU-nun Xarici Dillər Mərkəzi tələbələr üçün ödənişsiz IELTS hazırlıq kursu təşkil edir

Rəsmi mənbə

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Xarici Dillər Mərkəzi universitet tələbələri üçün ödənişsiz IELTS hazırlıq kursuna start verib. Bu təşəbbüs, gənc mütəxəssislərin beynəlxalq standartlı ingilis dili imtahanına hazırlanmasına və sertifikat əldə etmə prosesinə dəstək olmaq məqsədi daşıyır. Kursun keçirilməsində mərkəzin peşəkar və təcrübəli müəllimləri iştirak edir.

Dərslər həftədə bir dəfə, şənbə günləri saat 13:00-da universitetin Xarici Dillər Mərkəzində təşkil olunur. Tələbələrə IELTS imtahanının ümumi strukturu, qiymətləndirmə meyarları və tələbləri haqqında ətraflı məlumat verilir. Kursun proqramı yalnız nəzəri biliklərlə məhdudlaşmır, həm də praktiki hazırlıq mərhələlərinə və imtahanda uğura çatmaq üçün effektiv strategiyalara geniş yer ayrılır.

Hazırlıq prosesində ingilis dilinin bütün əsas bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. Tələbələr dinləmə (Listening), oxuyub-anlama (Reading), yazı (Writing) və danışıq (Speaking) bölmələri üzrə intensiv məşğələlər keçirir. Bu yanaşma, iştirakçıların imtahan şəraitinə uyğunlaşmasına və öz qabiliyyətlərini tam səviyyədə nümayiş etdirməsinə imkan yaradır. ADNSU Xarici Dillər Mərkəzi bu kimi layihələr vasitəsilə tələbələrin beynəlxalq rəqabət qabiliyyətini artırmağa və karyera perspektivlərini genişləndirməyə davam edir.

Xəbərlər