BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər

Rəsmi mənbə

Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki “Gənc istedadlar” liseyinin VIII sinif şagirdləri Cavid Məmmədli və Cəmil Məmmədli tennis üzrə Respublika birinciliyində uğur qazanıblar.

Gənclər və İdman Nazirliyi, Tennis və Padel Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda liseyin şagirdləri 13–14 yaş kateqoriyasında fərqləniblər. Cavid Məmmədli yarışda II, Cəmil Məmmədli isə III yeri tutub.

Şagirdlərimizi təbrik edir, onlara yeni uğurlar arzulayırıq!

© 2009-2020, Bakı Dövlət Universiteti

Xəbərlər