BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

Rəsmi mənbə

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının “Şərq ülkəri” ədəbi məclisinin təşkilatçılığı ilə “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir keçirilib.

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan tədbirdə BDU-nun Şərqşünaslıq fakültəsinin müəllim və tələbələri, Elmi Kitabxananın əməkdaşları, Azərbaycan Milli İnkişafı Naminə İctimai Birliyinin üzvləri və sərgi ziyarətçiləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Elmi Kitabxananın direktoru Nigar İsmayılova “Şərq ülkəri” ədəbi məclisinin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib.

Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan klassik türkdilli ədəbiyyatın keçdiyi inkişaf mərhələlərindən danışıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Məhəmməd Nuri “Klassik farsdilli poeziyada işlənmiş türk mənşəli söz və ifadələr” mövzusunda məruzə ilə çıxış edib.

Filologiya fakültəsinin tələbəsi Selcan Təvvabi Qövsi Təbrizinin yaradıcılığında xəlqilik meylləri və xalq məsəllərinin işlənməsi barədə məlumat verib. Həmin fakültənin tələbəsi Məcid Dövri isə “Klassik mətnlərimizin fonetik təhlili” adlı araşdırmasını təqdim edib.

“Şərq ülkəri” ədəbi məclisinin sədri Məcid Heydərli (Seyyid Əsri) bu il yubileyi qeyd olunan Əlişir Nəvainin türk dilinin üstünlükləri haqqında mülahizələrini diqqətə çatdırıb.

Sonda tələbələr Əsgər Safi və Aydan Əhdi öz qəzəllərini səsləndiriblər.

© 2009-2020, Bakı Dövlət Universiteti

Xəbərlər