Beynəlxalq İqtisadiyyat Məktəbində tələbə klublarının təqdimatı keçirilib

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) tələbə klublarının fəaliyyətinin tanıdılması və tələbələrin universitet həyatında fəallığının artırılması məqsədilə artıq ikinci ildir ki, klubların təqdimatı təşkil olunur.
Təşəbbüsün məqsədi tələbələrin maraq və potensialının inkişafına dəstək olmaq, onların universitet həyatında fəal iştirakını təşviq etmək və tələbə klublarının fəaliyyətini daha geniş auditoriyaya tanıtmaqdır. Eyni zamanda, bu təşəbbüs ISE-də əməkdaşlıq, yaradıcılıq və təşəbbüskarlıq mühitinin gücləndirilməsinə töhfə verir.
Təqdimat zamanı tələbə klubları fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr və gələcək planları barədə məlumat verir, tələbələri öz təşəbbüslərinə qoşulmağa dəvət edirlər.
Tələbə klubları gənclərin şəxsi və peşəkar inkişafında, onların liderlik, ünsiyyət və komanda işi bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Klubların fəaliyyəti tələbələrə maraq və bacarıqlarını üzə çıxarmaq, yeni dostluqlar qurmaq, ideyalarını reallaşdırmaq və müxtəlif layihələrdə iştirak etməklə praktiki təcrübə qazanmaq imkanı yaradır.
Layihənin gələcəkdə də davam etdirilməsi və daha çox tələbənin bu təşəbbüslərə cəlb olunması nəzərdə tutulur.