“Dilimiz–milli varlığımızdır” mövzusunda şeir müsabiqəsi keçirilib

“Dilimiz–milli varlığımızdır” mövzusunda şeir müsabiqəsi keçirilib

Rəsmi mənbə

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti və Azərbaycan dili kafedrasının birgə təşkilatçılığı ilə "Dilimiz milli varlığımızdır" mövzusunda şeir və qiraət müsabiqəsi keçirilib.

Tədbir ana dilimizin zənginliyini, tarixi əhəmiyyətini gənclərə aşılamaq, doğma dilə sevgini artırmaq və bədii qiraət istedadı olan tələbələri üzə çıxarmaq məqsədilə baş tutub. Müsabiqədə iştirak edən gənclər Azərbaycan poeziyasının görkəmli nümayəndələrinin doğma dilə, vətənpərvərliyə və mənəvi dəyərlərə həsr olunmuş əsərlərini, eləcə də öz şeirlərini böyük həvəs və emosionallıqla səsləndiriblər.

İştirakçıların çıxışları nitq mədəniyyəti, diksiya və şeirin ruhunun tamaşaçıya çatdırılması bacarığı üzrə qiymətləndirilərək, qaliblər müəyyən edilib.

Bir-birindən maraqlı şeirilər səsləndirilən müsabiqədə dos. Vəfa Allahverdiyevanın mentorluğu ilə Rus İqtisad Məktəbinin 835 qrupundan olan tələbələri Cəmilə Cəbiyeva, İskəndər Məmmədzadə, Həmza Bayramov, dos.Mətanət Əmrahovanın Beynəlxalq İqtisadiyyat Məktəbinin 1006 qrupundan olan tələbələri Nərgiz Şirinova, Ağamehdi Baxşəliyev, Aylin Mikayılzadə, baş müəllim Xurşud İsmayılovanın Maliyyə fakültəsinin 642 və 644 qrupundan olan tələbələri Urfan Həsənov, Nazlı Quliyeva, Gülsüm Hacıyeva, Rəvan Qurbanlı, Rəhim Rəhimli, Adil Abdullayev, dos.Gülbəniz İsmayılzadənin Biznes və menecment fakültəsindəki 524 qrupundan olan tələbələri Ülkər Əhmədova, Tamilla Mirzəliyeva, Fatimə Əlizadə, Ləman Əliyeva xüsusilə fərqləniblər.

Xəbərlər