İİF-də şahmat turniri keçirilib

İİF-də şahmat turniri keçirilib

Rəsmi mənbə

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş şahmat turniri keçirilib.

Turnirin əsas məqsədi tələbələr arasında intellektual idmana marağı artırmaq, strateji düşünmə bacarıqlarını inkişaf etdirmək və sağlam rəqabət mühitini təşviq etmək olub.

Maraqlı keçən yarışmanın sonunda qaliblərə medal və sertifikatlar təqdim edilib.

Xəbərlər