Maliyyə və mühasibat fakültəsinin kollektivi şəhid Aqil Mirzəliyevin məzarını ziyarət edib

Maliyyə və mühasibat fakültəsinin kollektivi şəhid Aqil Mirzəliyevin məzarını ziyarət edib

Rəsmi mənbə

Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin 2020-ci il məzunu Aqil Mehman oğlu Mirzəliyevin şəhadətindən altı il ötür.

UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr şəhidin ailə üzvləri ilə birlikdə İsmayıllı rayon Şəhidlər Xiyabanında Aqil Mirzəliyevin məzarı ziyarət ediblər. Ziyarətçilər şəhidin xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.

Aqil Mirzəliyev 20 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb və 23 oktyabr 2020-ci il tarixində İsmayıllı rayon Şəhidlər Xiyabanında dəfn edilib.

Aqil Mirzəliyev döyüşlərdə göstərdiyi şücaətə görə, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət ordeni” ilə təltif edilib.

Uca Allahdan Vətənimizin ərazi bütövlüyü, dövlətimizin suverenliyi, xalqımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərə rəhmət diləyirik!

Xəbərlər