“Möhtəşəm Yaxşı Məkan - UNEC KİM 24/7: İnnovativ xidmətlər, layihələr, kitabsevərlər klubu və könüllülük sinerjisi” adlı təlimlər keçirilib

“Möhtəşəm Yaxşı Məkan - UNEC KİM 24/7: İnnovativ xidmətlər, layihələr, kitabsevərlər klubu və könüllülük sinerjisi” adlı təlimlər keçirilib

Rəsmi mənbə

Birinci kurs bakalabr və magistrantlar üçün təşkil edilmiş sislsilə tədbirlərə UNEC KİM-in 24/7 kitabxanası “Möhtəşəm Yaxşı Məkan — UNEC KİM 24/7: İnnovativ xidmətlər, layihələr, kitabsevərlər klubu və könüllülük sinerjisi” mövzusunda təlimi ilə qatılıb.

Tədbirdə UNEC KİM-in 24/7 kitabxanasının müdiri Arzu Məmmədova çıxış edərək, yeni akademik mərhələyə qədəm qoymuş tələbələrə oxucu-istifadəçilərin hüquq və vəzifələri, kitabxana daxili davranış qaydaları və bu məkanın fərqli özəllikləri barədə geniş məlumat verib. İnteraktiv formatda davam edən təlimdə zəngin kitabxana resurslarından və e-bazalardan daha effektiv istifadə metodlarına dair praktiki tövsiyələr diqqətə çatdırılıb. Arzu Məmmədova, həmçinin, kitabxananın təqdim etdiyi müasir xidmətlər, icra olunan layihələr, görülən çoxşaxəli işlər və “UNEC CLUBRARY” kitabsevərlər klubunun fəaliyyəti barədə auditoriyanı məlumatlandırıb.

Görüş çərçivəsində “Kitabxana könüllüləri” layihəsinin koordinatoru Həsən Müslümov geniş təqdimatla çıxış edərək, tələbələri universitetin sosial-akademik həyatında mühüm rol oynayan könüllülük fəaliyyətinə qatılmağa dəvət edib və layihənin gənclərə qazandırdığı üstünlükləri diqqətə çatdırıb.

Görüşün sonunda tələbə və magistrantların 24/7 rejimində fəaliyyət göstərən kitabxananın iş prinsipləri və layihələr barədə sualları ətraflı şəkildə cavablandırılıb.

Qeyd edək ki, təlimlərin keçirilməsində əsas məqsəd tələbə və magistrantların UNEC-in zəngin kitabxana-informasiya resursları ilə yaxından tanışlığını təmin etmək, onların elektron və ənənəvi informasiya mənbələrindən düzgün, effektiv və səmərəli istifadəsi üzrə akademik bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Xəbərlər