RİM-də “Nə? Harada? Nə zaman?” intellektual oyununun ilk turu keçirilib

RİM-də “Nə? Harada? Nə zaman?” intellektual oyununun ilk turu keçirilib

Rəsmi mənbə

UNEC Rus İqtisad Məktəbində tələbələrin bilik və dünyagörüşünün artırılması, intellektual bacarıqlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə “Nə? Harada? Nə zaman?” intellektual oyununun ilk turu keçirilib.

UNEC RİM Diplomatiya təşkilatının təşkilati dəstəyi ilə baş tutan oyunda direktor müavini Anar Eyyubov da aparıcılardan biri kimi çıxış edib.

Maraqlı və dinamik şəraitdə keçən yarış zamanı iştirakçılar müxtəlif mövzularda sualları cavablandıraraq bilik və məntiqi təfəkkürlərini nümayiş etdiriblər. Oyun iştirakçılar arasında sağlam rəqabət mühitinin formalaşmasına, komanda ruhunun gücləndirilməsinə və yeni biliklərin əldə olunmasına töhfə verib.

Oyunun sonunda qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. Onlara, həmçinin bilik və mütaliənin əhəmiyyətini vurğulayan kitablar təqdim edilib.

Xəbərlər