Rus İqtisad Məktəbində rəqəmsal inkişafın əhəmiyyəti mövzusunda tədbir keçirilib

Rus İqtisad Məktəbində rəqəmsal inkişafın əhəmiyyəti mövzusunda tədbir keçirilib

Rəsmi mənbə

UNEC Rus İqtisad Məktəbində “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müəllimi Lamiyə Tahirovanın iştirakı ilə “Rəqəmsal inkişaf – ölkəmizin rəqabətqabiliyyətliliyinin əsas şərti” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) gündəlik həyatımızda artan əhəmiyyətindən, rəqəmsal inkişafın ölkənin rəqabətqabiliyyətliliyinin təmin edilməsindəki rolundan bəhs olunub.

Dövlət başçısı İlham Əliyevin dövlət orqanlarında rəqəmsallaşma prosesinin sürətləndirilməsi ilə bağlı tapşırıqlarının ölkəmizin qlobal rəqəmsal inkişaf tendensiyalarına uyğunlaşması və beynəlxalq proseslərdən geri qalmaması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Həmçinin UNEC-in ali təhsil sahəsində rəqəmsallaşma istiqamətində həyata keçirdiyi işlərə diqqət çəkilərək, universitetin bu sahədə nümunəvi təcrübəyə malik olduğu qeyd edilib.

Tədbirdə, eyni zamanda, tələbələrin gələcək peşə fəaliyyətlərindən asılı olmayaraq, rəqəmsal bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirmələrinin, müasir texnologiyaları mənimsəmələrinin və bu istiqamətdə daim öz üzərlərində çalışmalarının vacibliyi diqqətə çatdırılıb.

Xəbərlər