TUDİFAK tələbələri Zəfər Muzeyini ziyarət ediblər

TUDİFAK tələbələri Zəfər Muzeyini ziyarət ediblər

Rəsmi mənbə

UNEC Türk Dünyası İqtisad Fakültəsinin birinci kurs tələbələri üçün Zəfər Muzeyinə ekskursiya təşkil olunub.

Ekskursiyanın məqsədi tələbələrin Azərbaycanın Zəfər tarixi, Vətən müharibəsinin gedişi və tarixi əhəmiyyəti haqqında biliklərini artırmaq, onlarda milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik hisslərini gücləndirmək olub.

Muzeyə səfər zamanı tələbələr Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizəni, Azərbaycan Ordusunun qəhrəmanlığını və 44 günlük Vətən müharibəsinin tarixi nəticələrini əks etdirən eksponatlarla tanış olublar. Həmçinin şəhidlərimizin Vətən uğrunda göstərdikləri fədakarlıq və tarixi Zəfərin gələcək nəsillər üçün əhəmiyyəti barədə məlumat əldə ediblər.

Ekskursiya tələbələrin tarixi yaddaşının möhkəmləndirilməsi, milli kimlik şüurunun inkişafı və Azərbaycanın Zəfər tarixinin daha dərindən öyrənilməsi baxımından əhəmiyyət daşıyıb.

Xəbərlər