UNEC-də beynəlxalq layihələrin idarə edilməsi və qrant mexanizmləri üzrə təlim keçirilib

Üniversitetimizin (UNEC) Beynəlxalq Əməkdaşlıq departamentinin direktor müavini Rauf Məmmədovun təşəbbüsü ilə “Beynəlxalq layihələrin idarə edilməsi və qrant mexanizmləri” mövzusunda mütəxəssis təlimi keçirilib. Təlimin əsas məqsədi universitetin akademik və idarə heyətinin beynəlxalq əməkdaşlıq sahəsindəki bilik və bacarıqlarını gücləndirmək, eləcə də qrant layihələrinin hazırlanması və icrası ilə bağlı praktiki təcrübəni artırmaq idi.
Təlimin ərzində iştirakçılara beynəlxalq layihələrin quruluşu, idarə edilməsi prinsipləri və müasir qrant imkanları ətrafında ətraflı məlumat verildi. Xüsusilə, maliyyələşmə mexanizmləri, layihə təkliflərinin peşəkar səviyyədə hazırlanması qaydaları və beynəlxalq proqramlarda iştirakın texniki tələbləri detallı şəkildə izah olundu. Rauf Məmmədov beynəlxalq qrant proqramlarına müraciət prosedurlarını, layihələrin hazırlanma mərhələlərini və icra prosesinin təşkili ilə bağlı vacib nöqtələri diqqətə çatdırdı. Təlim zamanı layihələrin effektivliyini artırmaq, resurslardan optimal istifadə etmək və qarşıya qoyulan strateji məqsədlərə nail olmaq üçün tətbiq oluna bilən üsullar haqqında da fikir mübadiləsi aparıldı.
Təlimin sonunda iştirakçılar öz suallarını verərək, praktiki tətbiq prosesində qarşılaşa biləcəyi çətinliklər və həll yolları barədə suallarını qoydular. Mütəxəssis tərəfindən verilən cavablar iştirakçıların marağına səbəb oldu və mövzunun daha dərin öyrənilməsinə zəmin yaratdı. Bu cür təlimlər UNEC-in beynəlxalq görkəmini artırmaq və universitetin qlobal əməkdaşlıq şəbəkəsindəki yerini möhkəmləndirmək xətçiyində mühüm rol oynayır. Təlimin keçirilməsi universitetin kadrların peşəkar inkişafına verdiyi önəmin göstəricisidir.