UNEC- də “Bioloji müxtəlifliyin qorunması: təbiət, cəmiyyət və rəqəmsal gələcək” mövzusunda maarifləndirici tədbir keçirilib

UNEC- də “Bioloji müxtəlifliyin qorunması: təbiət, cəmiyyət və rəqəmsal gələcək” mövzusunda maarifləndirici tədbir keçirilib

Rəsmi mənbə

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində “Bioloji müxtəlifliyin qorunması: təbiət, cəmiyyət və rəqəmsal gələcək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədov, dosent Adik Məmmədov və baş müəllim Fidan Qurbanova iştirak ediblər.

Tədbirdə çıxış edən “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti İlqar Xəlilov biomüxtəlifliyin qorunması sahəsində həyata keçirilməsi vacib olan tədbirlər, müasir yanaşmalar və gələcək perspektivlər barədə məlumat verib.

İ.Xəlilov biomüxtəlifliyin mühafizəsində cəmiyyətin rolunun artırılmasının, ekoloji problemlərin həllində rəqəmsal texnologiyaların və süni intellekt imkanlarının tətbiqinin əhəmiyyətini vurğulayıb. Qlobal iqlim dəyişiklikləri fonunda təbii ehtiyatların və biomüxtəlifliyin qorunmasının strateji əhəmiyyət daşıdığını qeyd edib.

Çıxış zamanı ekoloji monitorinqlərin aparılmasında, flora və faunanın rəqəmsal reyestrlərinin yaradılmasında, eləcə də ətraf mühitin mühafizəsində innovativ həllərin və rəqəmsal alətlərin tətbiqinin vacibliyinə diqqət çəkilib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə təşəbbüslər müzakirə olunub.

Xəbərlər