UNEC-də Dizayn Məktəbinin tələbələri üçün kitabxana resurslarından istifadə təlimi keçirilib

UNEC-də Dizayn Məktəbinin tələbələri üçün kitabxana resurslarından istifadə təlimi keçirilib

Rəsmi mənbə

UNEC-in Kitabxana-İnformasiya Mərkəzinin (KİM) 3 saylı kitabxanası tərəfindən Dizayn Məktəbinin birinci kurs tələbələri üçün kitabxana-informasiya resursları və xidmətlərindən istifadə mövzusunda maarifləndirici təlim təşkil olunub.

Kitabxananın xidmət üzrə mütəxəssisləri Heyran Musayeva və Vüsal Məmmədovun apardıqları təlimdə tələbələrə kitabxanadan istifadə qaydaları, rəqəmsal xidmətlər, library.unec.edu.az veb-saytı, elektron kitabxana və UNEC-in abunə olduğu beynəlxalq elmi məlumat bazaları haqqında məlumat verilib.

İştirakçılar Scopus, Web of Science, EBSCOhost, ProQuest, SciVal, Research Assistant və digər elmi-akademik resurslardan istifadə qaydaları ilə tanış olublar.

Vüsal Məmmədov elektron və elmi resurslardan səmərəli istifadənin tələbələrin tədris və elmi-tədqiqat fəaliyyətində informasiya imkanlarını genişləndirdiyini vurğulayıb.

Sonda tələbələrə rəqəmsal resurslardan istifadə ilə bağlı praktik tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər