UNEC-də insan hüquqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizə mövzularında tədbir keçirilib

UNEC-də insan hüquqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizə mövzularında tədbir keçirilib

Rəsmi mənbə

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində dövlət proqramları və milli fəaliyyət planlarının icrası çərçivəsində insan hüquq və azadlıqlarının müdafiəsi, eləcə də korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbirdə “İqtisadiyyat” kafedrasının baş müəllimi Elza Əhmədova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə bağlı çıxış edib. Çıxış zamanı insan hüquq və azadlıqlarının qorunmasının əhəmiyyəti və bu sahədə həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

Sonra kafedranın dosenti Rəsmiyyə Məmmədova “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı çıxış edib. O, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və bu istiqamətdə maarifləndirmə işlərinin əhəmiyyəti barədə məlumat verib.

Çıxışlar dövlət səviyyəsində qəbul edilmiş müvafiq proqram və fəaliyyət planlarının icrasına dəstək vermək, tələbə və müəllimlərin bu sahələrdə məlumatlılığını artırmaq məqsədi daşıyıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər