UNEC-də istehsalat təcrübəsinə gedəcək tələbələrlə görüşlər keçirilib

UNEC-in 2 və 3 saylı tədris binalarında 2026/2027-ci tədris ilində istehsalat təcrübəsinə gedəcək sonuncu kurs tələbələri üçün maarifləndirici görüşlər təşkil olunub.
Görüşlər Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə tərəfindən aparılıb.
Tədbirlərin məqsədi tələbələri istehsalat təcrübəsinin təşkili və keçirilməsi qaydaları, təcrübə yerlərinin müəyyənləşdirilməsi, hüquq və vəzifələri, eləcə də təcrübə müddətində yerinə yetirilməli olan tələblərlə tanış etmək olub.
Leyla Nəzirzadə istehsalat təcrübəsinin tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etməsi, peşəkar bacarıqlarını inkişaf etdirməsi və əmək bazarına hazırlanması baxımından əhəmiyyətini vurğulayıb.
Görüşlərdə təcrübə müəssisələrinin seçilməsi, tələbələrin öz təşəbbüsləri ilə təcrübə yeri müəyyənləşdirməsi, təcrübənin rəsmiləşdirilməsi, sənədləşmə prosedurları və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verilib. Həmçinin ixtisasları üzrə əmək fəaliyyəti ilə məşğul olan tələbələrin iş təcrübəsinin tanınması imkanları və bununla bağlı mövcud qaydalar izah olunub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.