UNEC-də ixtioz və bullyoz epidermoliz xəstəliklərinə dair maarifləndirici tədbir keçirilib

UNEC-də ixtioz və bullyoz epidermoliz xəstəliklərinə dair maarifləndirici tədbir keçirilib

Rəsmi mənbə

UNEC-in Mühəndislik və Rəqəmsal İqtisadiyyat fakültələrinin, eləcə də Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsi və profilaktikasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı, dosent Elçin Səmədov “2023–2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı” haqqında məlumat verib. O, bu xəstəliklərlə mübarizə tədbirlərinin əhəmiyyətini vurğulayaraq, onların profilaktikası və vaxtında düzgün müalicəsinin sağlam gələcəyin təmin olunmasında mühüm rol oynadığını bildirib.

Daha sonra UNEC-in 3 saylı tələbə poliklinikasının həkim-terapevti Cabir Qafarov ixtioz və bullyoz epidermoliz xəstəliklərinin yaranma səbəbləri, əsas əlamətləri, risk faktorları, fəsadları, diaqnostikası və müalicə üsulları barədə ətraflı məlumat verib. Həmçinin xəstəliklərin profilaktikası və insan sağlamlığına, o cümlədən əmək qabiliyyətinə mümkün təsirləri diqqətə çatdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, xəstəliklər barədə məlumatlılığın artırılmasının və profilaktik tədbirlərin əhəmiyyəti vurğulanıb.

Xəbərlər