UNEC-də Orhun proqramı çərçivəsində beynəlxalq akademik əlaqələr genişləndirilir

UNEC-də Orhun proqramı çərçivəsində beynəlxalq akademik əlaqələr genişləndirilir

Rəsmi mənbə

UNEC Rus İqtisad Məktəbində (RİM) Orhun mübadilə proqramı çərçivəsində Qazaxıstan Amerika Azad Universitetinin “Biznes” kafedrasının müdiri İlona Bordiyanu və İnformasiya təminatı və rəqəmsal təhsil proqramları Mərkəzinin direktoru Yuliya Trofimova ilə görüşlər keçirilib.

Görüşlərdə RİM rəhbərliyi, eləcə də “Tətbiqi iqtisadiyyat” kafedrasının müdiri və ixtisas rəhbərləri ilə tədris, elmi fəaliyyət, tələbə və müəllim mübadiləsi sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər birgə həyata keçirilə biləcək layihə və təşəbbüsləri müzakirə edərək, təkliflərin hər iki universitetin müvafiq rəhbər strukturlarına təqdim edilməsi barədə razılığa gəliblər. Növbəti mərhələdə əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi və birgə fəaliyyət formatlarının işlənib hazırlanması nəzərdə tutulur.

Səfər çərçivəsində İlona Bordiyanu RİM-in müəllim və tələbələri üçün “Sİ-Sana: milli strategiyadan universitetlərin Sİ-agentlər ekosisteminə doğru” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə süni intellektin təhsil sistemində tətbiqi, universitetlərdə süni intellekt əsaslı həllərin imkanları və bu sahədə yeni yanaşmalar barədə danışılıb.

Görüşlər akademik əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və universitetlər arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyıb.

Xəbərlər