UNEC-də “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar maarifləndirici tədbir keçirilib

UNEC-də “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar maarifləndirici tədbir keçirilib

Rəsmi mənbə

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “ Bakı aqlomerasiyasında (Böyuk Bakı) urbanizasiya və təbii landşaftların transformasiyası” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə fakültənin dekan müavini, dosent Müşrəvan Əliyev, “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədov, dosentlər Mehriban Əsgərova, Firuzə Cəfərova, baş müəllim Fidan Qurbanova və AR Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun elmi işçisi Aygün Həciyeva iştirak ediblər.

Mövzu ilə bağlı AR Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun elmi katibi dos. Səidə Zeynalova çıxış edərək, bu istiqamətdə görülməsi vacib olan tədbirlər, müair yanaşmalar və perspektivlər haqqında məlumat verib.

S.Zeynalova qeyd edib ki, tarixən Xəzər dənizinin sahilində, yarımsəhra landşaftı üzərində formalaşan Bakı son illərdə sürətli iqtisadi inkişaf və demoqrafik artım nəticəsində genişmiqyaslı məkan transformasiyasına məruz qalıb. Şəhərətrafı ərazilərin genişlənməsi, sənaye zonalarının optimallaşdırılması və nəqliyyat infrastrukturunun şaxələnməsi təbii landşaftlarda ciddi dəyişikliklər yaradıb. Vurğulayıb ki, “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Böyük Bakının inkişafı iqtisadi potensialla yanaşı, ekoloji dayanıqlılıq və estetik harmoniya prinsiplərinə əsaslanmalıdır. Abşeronun unikal relyef formalarının və duz gölləri ekosistemlərinin qorunması, yeni yaşıl dəhlizlərin yaradılması və polisentrik inkişaf modelinin tətbiqi Bakı aqlomerasiyasının gələcək inkişafında əsas prioritetlərdəndir.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.

Xəbərlər