UNEC-də “Süni intellekt dövründə iqtisadiyyat: rəqəmlərdən qərarlara” mövzusunda tədbir keçirilib

UNEC-də “Süni intellekt dövründə iqtisadiyyat: rəqəmlərdən qərarlara” mövzusunda tədbir keçirilib

Rəsmi mənbə

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Süni intellekt dövründə iqtisadiyyat: rəqəmlərdən qərarlara” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının ixtisas rəhbəri, dosent Təranə Əliyeva çıxış edərək süni intellektin iqtisadi proseslərə təsiri, məlumatların təhlilində rolu və qərarvermə imkanları barədə məlumat verib.

Seminar çərçivəsində süni intellekt texnologiyalarının iqtisadi təhlildə, maliyyə proqnozlaşdırılmasında, resursların səmərəli idarə olunmasında və biznes qərarlarının qəbulunda tətbiqi məsələlərinə toxunulub. Eyni zamanda, rəqəmsal texnologiyalardan düzgün istifadə, məlumatların etibarlılığının qiymətləndirilməsi və texnoloji yeniliklərin yaratdığı imkanlar müzakirə edilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər