UNEC-in şəhid məzunlarının xatirəsi yad edilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) şəhid məzunları Əhmədağa İsgəndərov, Teymur Məcidzadə və Eldar Əliyevin əziz xatirəsi anılıb.
9 oktyabr 2026-cı il tarixində UNEC-in Biznes və menecment fakültəsinin THİK sədri Nurlan Vəliyev və fakültənin fəal tələbələri şəhid məzun Əhmədağa İsgəndərovun anım günü münasibəti ilə Kürdəxanı kənd qəbirstanlığında, 10 oktyabr 2026-cı il tarixində UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu Teymur Məcidzadənin doğum günü münasibətilə fakültənin dekanı dosent Elçin Eyvazov, THİK sədri İlkan Əliyev, fakültənin əməkdaşları və fəal tələbələr II Fəxri xiyabanda, 13 oktyabr 2026-cı il tarixində UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) məzunu Eldar Əliyevin məzarını THİK sədr müavini Günay Ağazadə, tələbələrlə iş üzrə dekan müavini Cəvahirxanım Məmmədova, fakültənin müəllimləri və tələbələri ziyarət ediblər.
Ziyarətlər zamanı məzarlar önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Allah Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!