UNEC-in şəhid məzunu Teymur Zeynalovun xatirəsi anılıb!

UNEC-in şəhid məzunu Teymur Zeynalovun xatirəsi anılıb!

Rəsmi mənbə

Oktyabrın 24-də Vətən müharibəsi şəhidi, UNEC-in məzunu Teymur Zeynalovun anım günü münasibətilə anım mərasimi keçirilib.

Mərasimdə UNEC Magistratura Məktəbinin rəhbəri Söhrab İsayev, rəhbər müavini Sevda Sərdaravi, fakültə katibi və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev iştirak ediblər. Şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Teymur Zeynalov Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 24-də yaralı və şəhid döyüş yoldaşlarını döyüş bölgəsindən çıxararkən qəhrəmancasına şəhid olub.

Ölümündən sonra Teymur Zeynalov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!

Xəbərlər