UNEC KİM əməkdaşları “Hiperkitap” rəqəmsal platformasının nümayəndələri ilə görüşdə iştirak ediblər

UNEC KİM əməkdaşları “Hiperkitap” rəqəmsal platformasının nümayəndələri ilə görüşdə iştirak ediblər

Rəsmi mənbə

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Hiperkitap” rəqəmsal platformasının nümayəndələri ilə kitabxana mütəxəssislərinin görüşü keçirilib.

Türkiyənin rəqəmsal kitabxanaçılıq, nəşriyyat və informasiya texnologiyaları sahələrində fəaliyyət göstərən Hiperlink şirkətinin direktoru Hayri Yavuz, şirkətin ən böyük platforması olan “Hiperkitap” verilənlər bazasının layihə rəhbəri İsmayıl İşleyen, həmçinin Hiperlink şirkətinin İT və süni intellekt üzrə rəhbəri Hilmi Oğuzun iştirak etdiyi tədbirə ölkənin müxtəlif kitabxanalarının rəhbər və nümayəndələri, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdirləri, eləcə də kitabxanaçılıq sahəsində dərs deyən müəllimlər qatılıblar.

Tədbirdə UNEC Kitabxana-İnformasiya Mərkəzini (KİM) 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova və böyük kitabxanaçı Yeganə Abbasova təmsil ediblər.

Görüş zamanı “Hiperkitap” platformasının nümayəndələri Türkiyənin ilk və ən böyük elektron kitab bazası haqqında geniş təqdimatla çıxış ediblər. Təqdimatda platformanın imkanları, elektron nəşrlərin sistemləşdirilməsi və istifadəçilərə təqdim olunması mexanizmləri, eləcə də rəqəmsal kitabxanaçılıq sahəsində tətbiq edilən qabaqcıl təcrübələr barədə ətraflı məlumat verilib.

Görüş çərçivəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı, elektron informasiya resurslarının zənginləşdirilməsi və rəqəmsal kitabxana xidmətlərinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Arzu Məmmədova UNEC kitabxanalarında daim yenilənən xidmətlər, çap və elektron informasiya resurslarının təbliği, eləcə də kitabxanaların fəaliyyət istiqamətlərini əhatə edən innovativ layihələr barədə iştirakçılara məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və xatirə fotoları çəkdirilib.

Xəbərlər