UNEC Kitabxana-İnformasiya Mərkəzi XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur "> UNEC Kitabxana-İnformasiya Mərkəzi XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

UNEC Kitabxana-İnformasiya Mərkəzi XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur "> UNEC Kitabxana-İnformasiya Mərkəzi XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Rəsmi mənbə

Oktyabrın 21-də Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyi və SOCAR-ın birgə təşkilatçılığı ilə XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub.

Beynəlxalq sərgidə UNEC Kitabxana-İnformasiya Mərkəzi də təmsil olunur. UNEC üçün ayrılmış xüsusi stenddə universitetin professor-müəllim heyətinin müəllifi olduğu yeni elmi nəşrlər, dərsliklər, monoqrafiyalar və elmi jurnallar, həmçinin Mərkəzin təqdim etdiyi müasir elektron resurslar və rəqəmsal kitabxana imkanları nümayiş olunur.

Sərginin ilk günündə mədəniyyət naziri Adil Kərimli, insan hüquqları üzrə müvəkkil Səbinə Babayeva, Milli Məclisin deputatları Günay Əfəndiyev, Azay Quliyev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, yazıçılar Sabir Rüstəmxanlı, Seyran Səxavət və Rəşad Məcid, eləcə də aparıcı ali təhsil müəssisələrinin kitabxana rəhbərləri və digər rəsmi şəxslər UNEC stendini ziyarət edərək təqdim olunan nəşrlərlə, Scopus bazasında indekslənən UNEC-in elmi jurnalları və elektron kitabxananın imkanları ilə yaxından tanış olublar.

Ziyarətçilərə UNEC-in elmi potensialı, kitabxana xidmətlərinin müasirləşdirilməsi, rəqəmsallaşma sahəsində əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilib.

XII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 27-dək davam edəcək.

Xəbərlər